Posted by : Sahib Novruz 19 Ekim 2013 Cumartesi


  • Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
  • Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.
  • Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
  • Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
  • Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
  • Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
  • Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
  • Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
  • Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində ulduzlar parıldayırdı.
  • Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
  • Bir məktəb açan bir həbsxana bağlayar.
  • Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
  • Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
  • Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
  • Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
  • Çalışmaq həyat, düşünmək işıqdır.
  • Dahi insanlar nadir hallarda təklikdə görünür.
  • Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
  • Diqqət, ağlın ən böyük uşağıdır.
  • Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.
  • "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
  • Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
  • Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
  • Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
  • Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
  • Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
  • Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
  • Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
  • Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
  • Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
  • Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.
  • Həyat - güldür.Sevgi - nektar.
  • Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
  • Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
  • İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
  • İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
  • İnsanda bir zülmkarlıq var - cəhalət.
  • İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
  • Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
  • Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
  • Qadınlar zəifdir, amma analar qüvvətlidir.
  • "Qara bir işıq görürəm".Son sözləri
  • Qorxu üzərində qələbə bizə güc verir.
  • Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
  • Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
  • Mənəviyyat - çiçəkli bir haqqdır.
  • Mənə yalan danışmağını istəyərdim halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
  • Mənə yağışı izah etmə, yağ!
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmam.
  • Məntiq heç bir mərhəmət bilmir.
  • Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
  • Ölmək bir şey deyil, yaşamamaq qorxuludur.
  • Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
  • Ruhunu itirən dünyanı qazansa nə çıxar?
  • Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
  • Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
  • Utanmazlıq bəzən ayıbı gizlədir.
  • Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
  • Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
  • Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
  • Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
  • Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
  • Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Powered By Blogger

Popular Post

Blogger templates

Eskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir Emlak
Blogger tarafından desteklenmektedir.

Fotolar

Səhifəmizi bəyənin

---

- Copyright © SAHİB NOVRUZ -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -