Posted by : Sahib Novruz 21 Ekim 2013 Pazartesi


  • Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə.
  • Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü.
  • Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.
  • Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
  • Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.
  • Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur.
  • Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin.
  • Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
  • Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
  • Bildiyin nə qədər çox olur olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsənilərsən.
  • Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur...
  • Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
  • Bir adamın bir çox bacarıq, fən, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
  • Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
  • Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər.
  • Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
  • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
  • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
  • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
  • Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
  • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
  • Cahil birinin yanında kitab kimi səssiz ol.
  • Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
  • Çıxacağım yerə səbri nərdivan edirəm.
  • Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
  • Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...
  • Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan.
  • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
  • Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
  • Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
  • Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
  • Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
  • Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
  • Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
  • Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
  • Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
  • Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
  • Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
  • Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
  • Gözyaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.
  • Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz.
  • Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
  • Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir.
  • Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər.
  • Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
  • Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
  • Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.
  • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
  • İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
  • İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.
  • İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
  • Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
  • Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
  • Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın..
  • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır.
  • Qula bəla gəlməz haqq yazmayınca
    Haqq bəla yazmaz qul almayınca,
    Haqq quldan intiqamı qul ilə alar
    Dini irfan bilməyən bunu qul etdi sanar.
  • Quru duanı burax, ağac istəyən toxum əkər.
  • Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil.
  • Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
  • Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
  • Məğlub olacağından qorxan, daim məğlub olar.
  • Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var.
  • Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çox mu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?!
  • Nə qədər insan gördüm ki, əynində libası yox,
    Nə qədər libas gördüm ki, içində insan yox...
  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
  • Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.
  • Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
  • Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
  • Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
    Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
  • Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!
  • Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən?
  • Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın.
  • ‎Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
  • Süddən çıxanda bütün qaşıqlar axdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ax buraxmaqdır.
  • Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
  • Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır.
  • Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
  • Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
  • Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
  • Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
  • Ya olduğun kimi görün,ya da göründüyün kimi ol.
  • Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.



Orphus system

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Powered By Blogger

Popular Post

Blogger templates

Eskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir Emlak
Blogger tarafından desteklenmektedir.

Fotolar

Səhifəmizi bəyənin

---

- Copyright © SAHİB NOVRUZ -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -