Халед Хоссейни "И эхо летит по горам"

1952 год, звездная ночь в пустыне, отец рассказывает афганскую притчу сыну и дочери. Они устроились на ночлег в горах, на пути в Кабул. Затаив дыхание, Абдулла и совсем еще маленькая Пари слушают историю о том, как одного мальчика похитил ужасный дэйв, и бедняге предстоит самая страшная судьба на свете.


Khaled_Khosseyni_-_I_ekho_letit_po_goram.doc - 3.5 MB
23 Aralık 2013 Pazartesi
Posted by Sahib Novruz

Эдвард Радзинский "Загадки истории"

Княжна Тараканова, Казанова, Моцарт. Что общего между красавицей-авантюристкой, неутомимым сердцеедом и гениальным композитором? Они дети одного века - упоительного, Галантного века. Их судьбы привлекали внимание современников и занимали умы их потомков. Их жизнь и смерть - череда загадок, которые История не спешит раскрывать.

В книге Эдварда Радзинского - смелые авторские версии, оригинальные трактовки исторических событий. Занавес над тайнами приподнят...


Yüklə oxu.

Edvard_Radzinsky_-_Zagadki_istorii.doc - 4.5 MB
30 Kasım 2013 Cumartesi
Posted by Sahib Novruz

Səsli kitab: Aşkın Güngör Kahve Falı romanı


2 Kasım 2013 Cumartesi
Posted by Sahib Novruz

29 Ekim 2013 Salı
Posted by Sahib Novruz

Mövlanə Dənizindən hikmət damlaları


  • Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə.
  • Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü.
  • Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.
  • Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
  • Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.
  • Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur.
  • Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin.
  • Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
  • Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
  • Bildiyin nə qədər çox olur olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsənilərsən.
  • Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur...
  • Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
  • Bir adamın bir çox bacarıq, fən, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
  • Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
  • Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər.
  • Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
  • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
  • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
  • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
  • Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
  • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
  • Cahil birinin yanında kitab kimi səssiz ol.
  • Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
  • Çıxacağım yerə səbri nərdivan edirəm.
  • Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
  • Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...
  • Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan.
  • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
  • Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
  • Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
  • Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
  • Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
  • Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
  • Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
  • Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
  • Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
  • Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
  • Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
  • Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
  • Gözyaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.
  • Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz.
  • Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
  • Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir.
  • Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər.
  • Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
  • Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
  • Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.
  • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
  • İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
  • İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.
  • İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
  • Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
  • Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
  • Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın..
  • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır.
  • Qula bəla gəlməz haqq yazmayınca
    Haqq bəla yazmaz qul almayınca,
    Haqq quldan intiqamı qul ilə alar
    Dini irfan bilməyən bunu qul etdi sanar.
  • Quru duanı burax, ağac istəyən toxum əkər.
  • Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil.
  • Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
  • Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
  • Məğlub olacağından qorxan, daim məğlub olar.
  • Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var.
  • Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çox mu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?!
  • Nə qədər insan gördüm ki, əynində libası yox,
    Nə qədər libas gördüm ki, içində insan yox...
  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
  • Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.
  • Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
  • Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
  • Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
    Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
  • Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!
  • Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən?
  • Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın.
  • ‎Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
  • Süddən çıxanda bütün qaşıqlar axdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ax buraxmaqdır.
  • Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
  • Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır.
  • Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
  • Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
  • Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
  • Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
  • Ya olduğun kimi görün,ya da göründüyün kimi ol.
  • Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.



Orphus system
21 Ekim 2013 Pazartesi
Posted by Sahib Novruz

Dahi Filosof Əllamə Seyid Muhəmməd Hüseyn Təbatəbai haqqında qısa məlumat

Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892-1981) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. 
Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-cü ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir.
Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyid Hüseyn Badkubeyidən, riyaziyyatı Ağa Seyid Xonsaridən, əxlaq elmini isə Hacı Mirzə Əli Qazidən öyrənir
Əllamə Tabatəbai ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmişdi, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur. 1935-ci ildə o, gənc alim kimi vətənə – Təbrizə dönür.
Özü təhsil illəri haqqında belə yazır: "Təhsilimin ilk dövrlərində sərf və nəhv elmini (ərəb dili qrammatikasını) öyrənirdim və təhsilimi davam etdirməyə həvəsim yox idi. Çünki oxuduğum şeyləri başa düşmürdüm. Beləliklə, dörd il ötdü. Sonra ilahi lütf mənə nəsib oldu və məni dəyişdi. Özümdə elm və hikmət öyrənməyə bir növ heyranlıq və vurğunluq hiss etdim. Belə ki, o gündən təhsil dövrümün sonuna qədər, təqribən on yeddi il sürən bu dövrdə elm öyrənməkdə və mütaliə etməkdə heç zaman yorğunluq və soyuma hiss etmədim. Dünyanın çirkinlik və gözəlliklərini unutdum və zamanın acı və şirin hadisələri mənim üçün bərabər oldu. Elm əhli olmayanlarla oturub durmağa bir dəfəlik son qoydum. Həyatın yemək-içmək kimi zəruri işlərində ən aza qənaət edərək qalan vaxtımı mütaliə ilə keçirirdim. Yazda və yayda çox vaxt olurdu ki, gün çıxandan gün batana qədər mütaliə edərdim. Həmişə sabahın dərsini onun axşamı hazırlayardım. Əgər hər hansı bir çətinliklə üzləşsə idim nə yolla olur olsun, onu həll etməyə çalışardım. Dərsdə olduğum zaman müəllimin dedikləri əvvəlcədən tamamilə mənim üçün aydın idi. Heç zaman dərsə aid çətinlik və səhvlə bağlı müəllimə müraciət etməzdim..."
İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə İran Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din alimlərinə qarşı başladığı amansız repressiyaların nəticəsində ƏllaməTəbatəbai məcburiyyət qarşısında doğma Təbrizi tərk edərək Qum şəhərinə köçür. Bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olur.
M.H.Təbatəbai öz dərin bilikləri və elmi təcrübəsilə uzun illər boyu yorulmaq bilmədən din və fəlsəfəyə qarşı yönəlmiş hücumlara sinə gərmiş, ideoloji opponentləri ilə elmi mübahisələr təşkil etmiş, İslam mədəni bölgəsi fəlsəfi irsinə, mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə qarşı ideoloji mübarizə aparan emissarlarla elmi mübarizə apararaq mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. İslam mədəni bölgəsi fəlsəfəsi ilə yanaşı, Qərb fəlsəfəsinə də dərindən bələd olması onun bu diskussiyalarda uğur qazanmasında xüsusi rol oynamışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola yönəlməsində müstəsna rol oynamış, həqiqət axtarışında olanları elmi və dini həqiqətlərlə yaxından tanış etmişdir.
Hal-hazırda dünyada İslam araşdırmaları ilə məşğul olan elə bir ciddi mərkəz və elm ocağı tapmaq olmaz ki, orada mütəfəkkirin zəngin irsi öyrənilməsin, yaxud ondan bəhrə götürməsin.
Əllamə Təbatəbai tələbə və alim hazırlamaqda təkcə elmi-nəzəri inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və etnik məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və mənəviyyatı, irfan və ülvi əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad elmlə əxlaqı bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin, mənəviyyat atmosferinin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir.
Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "əl-Mizan" kitabıdır. Bu əsər indiyə qədər müxtəlif dillərdə dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni metoddan – əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma üslubundan istifadə etmişdir.
Digər mühüm əsəri isə "Fəlsəfə üsulu və realizm metodu" adlanır. Bu kitab 14 fəlsəfi məqalədən ibarətdir. 1941-1951-ci illərdə yazılmış bu əsər Mürtəza Mütəhhəri tərəfindən geniş şərh edilmişdir. Burada İslam fəlsəfəsi Qərb fəlsəfi məktəbləri ilə müqayisəli şəkildə təsvir olunmaqdadır.
Əllamə Təbatəbai ərəb dilində "Rəsail əs-səbə" , "Rəsailu ət-Tovhidiyyə", "Haşiyə əl-Kifayə", "Təliqə vahidə əla miratul-uqul", "Təliqə əla əsfarul-ərbəə", "Elm traktatı", "Bidayətul-hikmə" və s. kimi qiymətli əsərlər yaratmışdır.
Bundan əlavə, Əllamə Təbatəbai fars dilində "Fəlsəfənin üsulu və realizm metodu", "İslamda Quran", "Din tədrisi: Uşaqlar üçün", " İslami araşdırmalar" (3 cilddə), "İlk başlanğıc və miad barəsində traktat", "Nübüvvət barəsində traktat", "Eşq barəsində traktat", "Azərbaycan Təbatəbailərinin mənşəyi", "Nəstəliq xəttində mənzumə", "İslamda ictimai əlaqələr" və s. kimi dəyərli əsərlər ərsəyə gətirmişdir.
Əllamə çoxlu sayda tələbə tərbiyə edib yetişdirmişdir. Seyid Cəlaləddin Aştiyani, doktor Qulamhüseyn İbrahimi Dinani, Əllamə İbrahim Əmini, şəhid Seyid Məhəmməd Hüseyn Behişti, Əllamə Cavad Amuli, Həsən Həsənzadə Amuli, İmam Musa Sədr, Məhəmmədtəqi Misbah Yəzdi, Mürtəza Mütəhhəri, Məkarim Şirazi kimi görkəmli alimlər bu sırada yer almaqdadırlar.
Qeyd edək ki, zəmanəmizin görkəmli mütəfəkkirləri professor Henri Korben və professor Seyid Hüseyn Nəsr də Əllamə Təbatəbainin dərslərindən faydalanmışlar.
Maraqlı faktlardan biri də budur ki, ardıcıl olaraq bir neçə il, payız fəslində M. H. Təbatəbai ilə professor Henri Korben arasında bir çox alim və tələbələrin iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər müntəzəm olaraq mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər Qərb mütəfəkkirləri ilə müsəlman alimlər arasında bu müstəvidə əlaqələr yaradılmamışdı.
Əllamə Təbatəbainin yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun məhsuldar elmindən faydalanırdı.
Öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-teoloji məktəb ərsəyə gətirmiş mütəfəkkir 1981-ci ildə haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki, Əllamə Təbatəbainin İslam fəlsəfəsi üzrə hazırladığı kadrları, yetişdirdiyi alimləri, yazdığı dəyərli əsərləri və göstərdiyi digər mühüm xidmətləri günümüzdə dünya elminə öz bəhrəsini verməkdədir.

ƏSƏRLƏRİ:

Ərəb dilində

  • əl-Mizan
  • Rəsail səbə
  • Rəsailu ət-Tovhidiyyə
  • Haşiyə ol-Kifayə
  • Təliqə vahidə əla miratul-uqul
  • Təliqə əla əsfarul-ərbəə
  • Əli və fəlsəfətul-ilahiyyə
  • "Elm" traktatı
  • Bidayətul-hikmə
  • Nəhayətul-Hikmə

Fars dilində

  • Fəlsəfənin üsulu və realizmin metodu
  • İslamda Quran
  • Din tədrisi: Uşaqlar üçün
  • İslami araşdırmalar (3 cilddə)
  • İlk başlanğıc və miad barəsində traktat
  • Nübüvvət barəsində traktat
  • Eşq barəsində traktat
  • Azərbaycan Təbatəbailərinin mənşəyi
  • Nəstəliq xəttində mənzumə
  • İslamda ictimai əlaqələər
Qeyd edək ki, onun bir çox əsərləri Azərbaycan dilinə də tərcümə olunmuşdur.

Tərcümə: Anar Rüstəmov
20 Ekim 2013 Pazar
Posted by Sahib Novruz

Lev Tolstoydan Aforizimlər


  • Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.
  • Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar.
  • Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər.
  • Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir.
  • Birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir.
  • Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik.
  • Biz yalnız başqaları üçün yaşayan zaman özümüz üçün yaşayırıq.
  • Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.
  • Bir insanı olduğu mövqe ilə deyil, göz qoyduğu mövqe ilə ölçmək lazımdır.
  • Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır.
  • Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir.
  • Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər.
  • Evliliyə muqəddəslik verən, eşqdir.
  • Ən yaxşı tərbiyə - yaxşı nümunədir.
  • Gözəl olan sevimli deyil, sevimli olan gözəldir.
  • Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir.
  • Hərkəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür.
  • Hərkəs insanlığın pisə getdiyini qəbul edər də; Heç kim özünün pisə getdiyini qəbul etməz...
  • Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, Həyatını özün qur.
  • Hər şey gözləməyi bilən insana öz-özlüyündən gələr.
  • Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.
  • Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz.
    • "Hərb və Sülh" əsərindən
  • Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatını özün qur.
  • Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.
  • İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir.
  • İnsanlar çox dəyişdi, diqqət yetirmək lazımdır. Biriylə əl sıxışdıqdan sonra, beşi də yerindəmi deyə barmaqlarını saymaq məcburiyyətindəsən.
  • İşıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə.
  • Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırırsan araşdır hər vaxt yenidir.
  • Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram.
  • Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var...
  • Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər...
  • Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.
  • Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.
  • Sən yalan içində yaşayırsan, mən həqiqətdə, iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür.
  • Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olur, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də.
  • Şair həyatda yaxşi nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur.
  • Tərbiyə ilə təhsil ayrılmazdır.
  • Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.

19 Ekim 2013 Cumartesi
Posted by Sahib Novruz

Viktor Hüqodan Aforizimlər


  • Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
  • Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.
  • Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
  • Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
  • Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
  • Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
  • Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
  • Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
  • Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində ulduzlar parıldayırdı.
  • Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
  • Bir məktəb açan bir həbsxana bağlayar.
  • Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
  • Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
  • Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
  • Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
  • Çalışmaq həyat, düşünmək işıqdır.
  • Dahi insanlar nadir hallarda təklikdə görünür.
  • Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
  • Diqqət, ağlın ən böyük uşağıdır.
  • Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.
  • "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
  • Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
  • Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
  • Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
  • Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
  • Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
  • Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
  • Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
  • Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
  • Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
  • Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.
  • Həyat - güldür.Sevgi - nektar.
  • Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
  • Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
  • İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
  • İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
  • İnsanda bir zülmkarlıq var - cəhalət.
  • İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
  • Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
  • Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
  • Qadınlar zəifdir, amma analar qüvvətlidir.
  • "Qara bir işıq görürəm".Son sözləri
  • Qorxu üzərində qələbə bizə güc verir.
  • Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
  • Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
  • Mənəviyyat - çiçəkli bir haqqdır.
  • Mənə yalan danışmağını istəyərdim halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
  • Mənə yağışı izah etmə, yağ!
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmam.
  • Məntiq heç bir mərhəmət bilmir.
  • Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
  • Ölmək bir şey deyil, yaşamamaq qorxuludur.
  • Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
  • Ruhunu itirən dünyanı qazansa nə çıxar?
  • Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
  • Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
  • Utanmazlıq bəzən ayıbı gizlədir.
  • Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
  • Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
  • Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
  • Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
  • Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
  • Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.


Posted by Sahib Novruz

Nəsrəddin Tusi "Əхlаqi-Nаsiri" kitаbındаn seçmələr


  • Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir.
  • Аvаm, divаnə və sərхоş аdаmlаrın söhbətindən bаcаrdıqcа uzаq gəzməli;
  • Bаşа düşməyən аdаmа incə və üstüörtülü söz dеməməli;
  • Çох dаnışmаmаlı, bаşqаsının sözünü yаrımçıq kəsməməli, bаşqаsının nаğıl еtdiyi hеkаyət və yа rəvаyəti bilirsə, bunu üzə vurmаmаlı və оnun dаnışıb qurtаrmаsınа imkаn yаrаtmаlı;
  • Bаşqаsındаn sоruşulаnа cаvаb vеrməməli, ümumidən еdilən suаldа cаmааtı qаbаqlаyıb hövləki irəli düşməməli;
  • Biri cаvаb vеrməklə məşğul isə, dаhа qаbil cаvаb vеrməyə qаdir оlsа dа, səbr еtməli, о, sözünü qurtаrdıqdаn sоnrа, öz cаvаbını vеrməli, lаkin əvvəlkinə tənə еtməməli;
  • Böyüklərlə dаnışаrkən kinаyə işlətməməli, nə bərkdən, nə yаvаşdаn, mülаyim səslə sözünü dеməli;
  • Dаnışdığı məsələ qəlizdirsə, аydın izаh еtməyə çаlışmаlıdır, bаşqа hаllаrdа qısа, yığcаm dаnışmаmаlı;
  • Dаnışdıqdа nəzаkətli оlmаlı, hеç kəsin işini, sözünü, hərəkətini pis şəkildə оnа-bunа çаtdırmаmаlı, qоrхulu şаyilər yаymаmаlı;
  • Dеyəcəyi fikri bеynində bişirməmiş dilə gətirməməli, еhtiyаc оlmаdаn sözü təkrаr еtməməli, еhtiyаc üçündən təkrаr lаzım оlduqdа tərəddüd göstərməməli;
  • Dövlət quşunun girən yeri dar olar, çıxan yeri gen.
  • Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir.
  • Nаlаyiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üçündən аyıb kəlməyə еhtiyаc yаrаndıqdа оnu оbrаzlı, məcаzi ibаrələrlə аnlаtmаlı;
  • Şuх və zərif ibаrələrdən qаzmаmаlı, hər məclisə münаsib dаnışmаğı bаcаrmаlı;
  • Söz vахtı əl-qоlunu işə sаlmаmаlı, qаş-gözünü оynаtmаmаlı, bеlə hərəkətləri yаlnız dаnışılаn əhvаlаt tələb еtdikdə və gözəl bir tərzdə göstərmək оlаr.
  • Qеybət, böhtаn, iftirа, yаlаnçılıqdаn çəkinməli, hеç vахt bеlə şеyə yоl vеrməməli, о хаsiyyətli аdаmlаrlа ünsiyyət sахlаmаmаlı, оnlаrа qulаq аsmаqdаn çəkinməli, ümumiyyətlə, аz dаnışmаlı, çох еşitməli. Bir filоsоfdаn sоruşurlаr "Nə üçün аz dаnışır, çох qulаq аsırsаn?" Dеdi: "Çünki mənə iki qulаq vеriblər, bir dil, yəni: iki еşit, bir dе".
  • Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əskiklik baş verməsin, üzr gətirilməsin.
  • İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir.
  • Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar.
  • Yаbаnçı kəlmələr işlətməməli, qоndаrmа ibаrələr düzəltməməli, оnа dеyilənlərə ахırа qədər qulаq аsdıqdаn sоnrа cаvаb vеrməli;
  • Yаlаn, dоğru üstündə məclisdə höcət еtməməli хüsusilə böyüklər və səfеhlərlə;
yаlvаr-yахаr təsir еtməyən adаmа yаlvаrmаmаlı, münаqişə və mübаhisədə rəqibin hаqlı оlduğunu gördükdə üstünlüyü оnа vеrməməli;
  • Yаnındа iki adаm söhbət еdirsə, qаrışmаmаlı, оndаn gizlədilirsə, gizlin qulаq аsmаmаlı; özləri mürаciət еtməsələr söhbətə qоşulmаmаlı;

18 Ekim 2013 Cuma
Posted by Sahib Novruz

Kitabi-Dədə Qorquddan seçmə kəlamlar



  • Ağır yüklər zəhmin qatır bilir.
  • Ağlamaqla nəsnəmi olur?
  • Adam içməz acı sular sızınca,sızmasa yey.
  • Ayrı-ayrı yollar izin dəvə bilir.
  • Aldadıban ər tutmaq övrət işidir.
  • Allah-Allah deməyincə işlər önməz.
  • Alp ərə qorxu vermək eyib olur.
  • Alp ər ərdəb adın yatırmaq eyibo lur.
  • Ana haqqı,Tanrı haqqı.
  • Arı könüldə pas olsa,şərab açar.
  • Ata adını yürütməyən xoyrad oğul,ata belindən enincə enməsə yey.
  • Ata adın yürüdəndə dövlətli oğul yey.
  • Ata dururkən oğul əlimi öpərlər?
  • Ata ayağı kölük,ozan dili çevik olur.
  • At qulağı saq olur.
  • At yeməyən acı otlar [bitincə],bitməsə yey.
  • At işləməsə,ər öyünməz.
  • At işlər,ər öyünər.
  • Baba malından nə fayda,başda dövlət olmasa?
  • Baş əsən olsa,börk bulunmazmı olur?
  • Başıma qaxınc,üzümə toxunc.
  • Bir dama dirək ururlar,o dama dayaq olur [durur,şöylə ki,dayağı gedirsələr,dam yıxılar].
  • Bir yigitin Qaradağ yumrusunca malı olsa,yığar durur,tələb eylər,nəsibindən artığın yeyə bilməz.
  • Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.
  • Qaravaşa don geyirsən,qadın olmaz.
  • Qaraqoç atlar əsən olsa,qulun doğar.
  • Qaraqoçlar qarısa,kürüm verməz.
  • Qara eşşək başına üyən ursan,qatır olmaz.
  • Qardaşlı yigitlər qalxar-qopar olur.
  • Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa,ağlayuban dörd yanına baxar olur.
  • Qarı duşman dost olmaz.
  • Qadir Tanrı verməyincə,ər bayımaz.
  • Qədəmi qutsuz gəlin deyincə,udsuz gəlin desinlər.
  • Qız anadan görməyincə öyüd almaz.
  • Qızların yolu əvvəldir.
  • Qırımından dönməsə,qaşmasa,ərlik yaxşı.
  • Qolça qopuz götürüb eldən-elə,bəydən-bəyə ozan gəzər.
  • Qonağı gəlməyən qara evlər yıxılsa yey.
  • Qurd ənigi yenə qurd olur.
  • Qurd üzi mübarəkdir.
  • Daim gəldiyində dursa,dövlət yaxşı.
  • Dəvəcə böyümüşsən,köşəkcə əqlin yox.
  • Təpəcə böyümüşsən,darıca əqlin yox.
  • Dərin olsa batırar,yayanın umudu olmaz.
  • Doğru yolu görürkən,əyri yoldan gəlməyəlim.
  • Dövlətli oğul qopsa,ocağının gözüdür [tirkeşində tiridir].Dövlətsiz oğul qopsa,ocağının külidir.
  • Dünlə karvan köçdüyün torağay bilir.
  • Əl-aqibət,uzun yaşın ucu ölüm,axırı ayrılıqdır.
  • Əzəldən yazılmasa,qul başına qəza gəlməz.
  • Ər ağırın,ər yünüsün at bilir.
  • Ər,ərdən adın yaşırmaq eyib olur.
  • Ər malına qıymayınca adə çıxmaz.
  • Ər comərdin,ər nakəsin ozan bilir.
  • Əski donun biti,öksüz oğlanın dili acı olur.
  • Əski pambıq bez olmaz.
  • Əcəl vədə irməyincə kimsə ölməz.
  • İklü ulalur,qabırğalı böyür.
  • İssiz yerin qurdu kimi ulaşdılar.
  • Yad oğulu saxlamaqla oğul olmaz,böyüyəndə salır gedər,gördüm deməz.
  • Yalnız yigit alp olmaz.Yovşan dibi bərk olmaz.
  • Yapaqlı gökcə çəmən güzə qalmaz.
  • Yapa-yapa qarlar yağsa,yaza qalmaz.
  • Kişi qoynunda yatan halalına sirrini deməzmi olur?
  • Könlün yuca tutan ərdə dövlət olmaz.
  • Kül təpəcik olmaz.
  • Gəlimli,gedimli dünya!Son ucu ölümlü dünya!
  • Gənəz yerlər çəmənlərin qulan bilir.
  • Gen qapıyı qoydu,dar bacadan çıxdı.
  • Getdikdə yerin otlaxların keyik bilir.
  • Mən aşağı qulpa yapışıram,sən yuxarı qulpa.
  • Nə yerdə sızlayır varsa,çəkən bilir.
  • Oğuzun arsızı Türkmanın dəlisinə bənzər.
  • Oğlan quş ürəkli olur.
  • Oğlan atadan görməyincə süfrə yaymaz.
  • Oğul atanın yetiridir,iki gözünün biridir.
  • Ölən adam dirilməz.
  • Öyünməklə övrət ər olmaz.
  • Su haqq didarın görmüşdür.
  • Tanrının birliyinə yoxdur güman.
  • Təkəbbürlük eyləyəni Tanrı sevməz.
  • Ulaşıban sular daşsa,dəniz olmaz.
  • Çıxan can geri gəlməz.

17 Ekim 2013 Perşembe
Posted by Sahib Novruz

Nəhcül Bələğə səsli kitab

00 On soz.mp3

01.Iman,Islam,Quran  
 02.Goyler ve Ulduzlar haqqinda
03.Ozu ve Ehli-Beyti 04.Dunya,Axiret,Cennet,Cehennem 05.Ictimai-Iqtisadi Xutbeler 06.Qasiye Xutbesi 07.Tarixi Xutbeler 08.Shiqshiqiyye Xutbesi 09.Oz Dovru Barede 10.Cemel ve Suffeynden Evvel 11.Suffeyn ve Nehrivan Xutbeleri 12.Peygember (s) ve Cihad barede. 13.Xariciler ve Muaviye barede.

Posted by Sahib Novruz

Oxunmayan bir kitab yazimaq istəyirəm.




Oxunmayan bir kitab yazimaq istəyirəm.
Orda heç kimin cürət edib etiraf edebilmədiklərini,
ölüm qorxusuyla hədələnən qızın evli kişiyə deyəbilmədiklərini ,
kafir damgasindan qorxaraq məntiqsiz inanca etiraz etməyənlərin qəlbindəkiləri ,
əliboş uşagının qarşısına çıxan atanın keçirtdiyi iztirablardan,
resept əlində qalan dul qadının axtardıgı çarədən,
öz çilli sifətindən həmişə əziyyət çəkən qızcıgazın naümid sevgisindən,
kəbinsiz görüşlərin nə qədər günah olmasından,
oxunmayan kitabların yuxusundan,
şəhid anasının şillə dəyərkən onun bərəlmiş gözlərindəki hirsdən,
iki qolun itirmiş müharibə veteranının odun doğramasından,
ömür boyu qardaşlarının nəsihətlərinə qulaq asan dul gəlinin aclığından,
müdiri tərəfindən qızıl boyunbağıdan hörülmüş tələyə düşən katibənin qorxu dolu təbəssümündən,
şagird qatili müəllimlərin məvacibindən yazım.
Bunu siz də yazabilərsiniz ama siz də, mən də qorxağıq axi kim özündən yazar.....
Posted by Sahib Novruz

Fatimə Zəhra (ə) dan qısa kəlamlar


  • Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun.
  • Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.[1]
  • Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.[2]
  • Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir.[3]
  • Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.[4]
  • Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.[5]
  • Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!
  • Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?[6]

  1.  İləlül Şəraye, səh. 248, hədis 2
  2. Jump up
     Biharul-Ənvar, c. 82, səh. 209, hədis 19
  3. Jump up
     Biharul-Ənvar,səh. 94, hədis 23
  4. Jump up
     Biharul-Ənvar, c. 96, səh. 368, hədis 4
  5. Jump up
     Tənbihul-Xəvatir, c. 2, səh. 108
  6. Jump up
     Dəaimul-İslam, c. 1, səh. 268



Posted by Sahib Novruz

Dahilər Silsiləsindən : Əli bin Əbu Talib (ə) qısa kəlamlarından


  • Üstün olmaq ehtiyata əməl etməklə olur. Ehtiyata əməl etməksə düşünüb-daşınmaqla olur. Düşünüb-daşınmaq da sirləri gizləməkdədir.
  • Səbr iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbr etmək; sevdiyin, dilədiyin şeyə səbr etmək.
  • Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət.
  • Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar.
  • Hər sayılan bitər, hər gözlənən çatar.
  • Qədrini (həddini) bilməyən şəxs məhv olar.
  • Hər kəs üçün şirin, acı bir son vardır.
  • Hər gəlib çatan dönüb gedər, hər dönüb gedən gəlməmişə, olmamışa dönər.
  • Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar.
  • Gözü­­ açıq olana sabah açılmışdır.
  • Ey Adəm oğlu, ehtiyacından artıq qazandığın şeyi başqası üçün yığırsan.
  • Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz.
  • Sənin haqqında yaxşı zənndə olanın zənnini gerçəkləşdir.
  • Xainlərə vəfa etmək Allaha xəyanətdir.
  • Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.
  • Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur.
  • Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar.
  • Günaha bataraq üstünlük qazanan, üstünlük əldə etməmişdir; o, şərlə ucalan zəlalətə düşmüşdür.
  • Hər şəxsin malına iki ortaq vardır: mirası və zəmanə.
  • Şiddət son dərəcəyə çatanda fərəhli anlar başlar. Bəla həlqələri daralanda genişlik üzə çıxar.
  • Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur.
  • Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin ən xeyirlisi güzəranını keçirə bildiyindir.
  • Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın.
  • İki şey var ki, itirilməmiş qədri bilinməz: gənclik və dinclik.
  • Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır.
  • Abırlı olmağın ən ucası insanın özü özündən utanmasıdır.
  • Elə qan var ki onu dil tökər.
  • İnsanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan, yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı?
  • Birinin əleyhinə söylənən sözü dinləyən o sözü söyləyən kimidir.
  • Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
  • Savaşda birisini savaşmağa çağırma, fəqət səni çağıran olsa, get: çün, savaşa çağıran asidir, asininsə öldürülməsi gərəkdir.
  • Bir evdəki qəsb edilmiş tək bircə daş o evin dağılması üçün bəsdir.
  • Ağıl haqqın carçısıdır.
  • Ağıl möminin səmimi dostudur.
  • Ağılsızlıq kimi müsibət yoxdur.
  • Batil nizamlı, haqq pərakəndə olarsa, batilin haqq üzərində qələbə çalması haqdandır.
  • Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir.
  • Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir.
  • Şəxsiyyətə görə haqqı dəyərləndirmə, haqqı bil ki, onun yolçularını da tanıyasan!
  • Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.
  • İnsanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər. Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.
  • Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun.
  • Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır; bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.
  • Ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan da acizi dostu olub onu itirənlərdir.
  • Dostunu, qardaşını üç halda qorumasan, tam dost ola bilməz: düşkünlük vaxtı, özü olmayanda, ölümündən sonra.
  • Dörd şey verilənə dörd şey haram olmaz: dua edən duasının icabətindən (qəbul olunacağından), tövbə edən tövbəsinin qəbulundan, günahının bağışlanmasını istəyən onun bağışlanacağından, şükr etməyə fürsət tapan nemətin çox olmasından məhrum olmaz.
  • İnsan öz dilinin altında gizlənmişdir.
  • ... Aranızdan biri bəyəndiyi, xoşladığı qadına baxınca getsin, öz zövcəsinə yaxınlaşsın; bu da qadındır, o da. (Əshabı ilə otururdu, gözəl bir qadın keçdi, hamının gözü o qadına dikildi; bunu görüb dedi.)
  • Bu insana təəccüblənirəm: bir yağ parçası ilə görür, bir ət parçası ilə söyləyir, bir sümüklə doyur, bir dəliklə nəfəs alır.
  • Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə. Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz.
  • Sənə rəğbət və məhəbbəti olan şəxsə rəğbət bəsləməməyin nəsibi nöqsana düşməkdir. Səndən xoşu gəlməyənə rəğbət göstərməyin isə alçalmaqdır.
  • Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
  • Elə qadınlarla izdivac edin ki, gözləri iri, əlinin içi böyük, buğdayı rəngli, ortaboylu olsun. Əgər bu cür qadını seçdiyiniz zaman (ondan) razı olmasanız, onun mehriyyəsi mənim boynuma.
  • On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir.
  • Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı.
  • Bədənində baş nə isə, imanda da səbir odur.
  • Cənnətə girmək təəccüb ediləcək bir hünər deyildir; Mərifət – dünyada Cənnətə çata bilməkdir.
  • Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz.[1] Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.[2][3]
  • Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.
  • Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər.
  • Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir.
  • Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz.
  • Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.
  • Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.
  • Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.
  • Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.[4]
  • Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.[5]
  •  Əraf surəsi, 99
  • Jump up Yusif surəsi, 87
  • Jump up Şeyx Razi, "Nəhcül Bəlağə, hikmət 377
  • Jump up İbn Əbil Hədid, "Şərhi NəhcülBəlağə", c. 16, səh. 66
  • Jump up Əllamə Məclisi, "Biharul Ənvar", c. 78, səh. 11, hədis 70

16 Ekim 2013 Çarşamba
Posted by Sahib Novruz

Popular Post

Blogger templates

Eskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir Emlak
Powered by Blogger.

Fotolar

Səhifəmizi bəyənin

---

- Copyright © SAHİB NOVRUZ -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -