Posted by : Sahib Novruz 6 Ekim 2013 Pazar

20-ci əsr bütün müsəlman aləmi üçün enişli-yoxuşlu bir əsr olmuşdur. Bu əsrin ilk onilliyindən başlayaraq bütün müsəlman cəmiyyətlərində siyasi inqilablar, sosial və mədəni intibahlar baş vemişdir. 20-ci əsrin ilk onillikləri İranda, Osmanlıda və milyonlarla müsəlmanı hakimiyyəti altında saxlayan Rusiyada inqilabların baş verməsilə siyasi hadisə və mədəni şəxsiyyətlərin zənginliyi ilə seçilən bir dövr olmuşdur. Bu kimi sosial-siyasi inqilablar və onların ardınca iki dəhşətli müharibə və dünya müstəvisində, xüsusən də şərq və müsəlman aləmində yaşanan proseslər bu əsrin ikinci yarısında İranda İslami inqilabla yekonlaşdı. Bu əsrin əvvəllərini şərqin oyandığı illər kimi tanısaq, İslam inqilabı hadisəsi oyanmış şərqin ayağa qalxması kimi qimətləndirsək həqiqətdən uzaq olmazdı.
Deyiləsi bir sözdə bu ki, İslam inqilabının özündən əvvəlki inqilablardan əsas fərqli cəhəti bu inqilabın siyasi səbəblərdən çox fikri və etiqadi faktorlardan təsirlənməsidir. Təbii ki, hər bir böyük siyasi-mədəni hadisənin önəmli yaradıcıları da olmalıdır. Bundan əvvəl deyilənləri nəzərə alsaq belə bir qərara gələrik ki, İran İslam inqilabında siyasi fəallardan çox ictimai-mədəni xadimlərin rolu olmuşdur. Bu şəxsiyyətlərin siyahısını qələmə almaq niyyətinə gəldikdə isə yəqin ki, Şəhid Mürtəza Mütəhhərinin adı birincilər sırasında duracaq. İranını çağdaş siyasi, ictimai və dini tarixi ilə maraqlanan hər bir kimsə üçün adı tanış olan din xadimidir.
Şəhid Mürtəza Mütəhhəri, müqqədəs Məşhəd şəhərinin 75 km-liyində yerləşən Fəriman şəhərində orta təminatlı bir ailədə anadan olmuşdur. Kiçik yaşlarından məktəbxanaya daxil olaraq orada elementar təlimləri almışdır. 12 yaşında ikən İslam elmlərininin təhsili üçün Məşhəd şəhərindəki İslam elmləri mərkəzinə daxil olur. 1316-cı ildə Rzaşah Pəhləvinin İslam alimləri və təhsil mərkəzlərinə qarşı kəskin təbliğat aparıb, təzyiq dayirəsini daraltdığı vaxtda Qum şəhərinin Elmiyyə hövzəsində təhsilə başlayır. Mütəhhəri bu şəhərdə o dövrün görkəmli alimləri olan Ayətullah Bürucerdi, İmam Xomeyni, Əllamə Təbatəbai, Ayətullah Şirazi, Ayətullah Höccət, və Ayətullah Mühəqiq Damaddan fiqh, üsul, fəlsəfə və əxlaq dərslərini aldı. Mütəhhəri uşaqlıq yaşlarından etibarən fəlsəfəyə olan həvəsinə görə zamanının təhsil ənənəsinə rəğmən fiqh və üsuldan daha artıq fəlsəfə üzrə çalışdı. O nəhayət 1331-ci ildə ifratçı ənənəçilərin təzyiqinə məruz qalaraq Qum şəhərindən paytaxt Tehrana köçmək məcburiyyətində qalır. Bu yerdəyişmə məcburi olsada, Mütəhhərinin Tehranın açıq və keşməkeşli fəzasında özününn qabiliyyətlərini və bacarıqlarını daha büruzə verməyə imkan yaradır. Digər cəhətdən isə bu səfər onu cəmiyyətin kütlələri və eyni halda elita zümrəsində cəryan edən fikri və sosial məsələ və problemləri bilməyə, xüsusilə fəlsəfə sahəsində olan son nailiyyətlərlə tanış olmağa imkan yaradıb, onu aktuallaşdırır.
Şəhid, Tehranın universitetinin ilahiyyat fakültəsində mühazirələr oxuyur, müxtəlif məscidlərdə, elmi mərkəzlərdə çıxışlar edir. Mütəhhəri müəllimi sayılan İmam Xomeyni nin 15 illik sürgünə getməsinə səbəb olan məşhur 15xurdad qiyamının sabahısı gün bu qiyamın himayədarlığında ittihamlanraq yaxalanıb, birinci dəfə olaraq həbsxanaya düşür. Bir ay yarımdan sonra buraxılır. Ancaq bu son azadlıq olmur, şəhid İslam inqilabının zəfər çalmasınadək dəfələrlə dostaqlanıb, gecələrinin bir çoxunu həbsxanalarda keçirməli olur. Bundan əlavə 1353-cü ildən başlayaraq inqilabadək onun bir ruhani kimi ümumi məclislərdə çıxış etməsinə qadağa qoyulur. O, həmçinin 1355-ci ildə Tehran universitetinin kommonist müəllimlərinin biri ilə qızğın mübahisələri üçün qanuni vaxtdan əvvəl pensiyaya çıxarılır. Şəhid Mütəhhəri inqilabın ərəfəsində İmam Xomeyni tərəfindən inqilab şürasını təşkil etmək vəzifəsinə təyin olunur.
Böyük alim 3 ay inqilabdan sonra may ayının 2-sində gizli bir iclası tərk edərək, Furqan adli terrorist bir qrup tərəfindən güllələnib şəhid edilir.
Şəhid Mütəhhərinin güllələndiyi gündən etibarən 30 ildən artıq keçsə hələdə onun maqnitafona yazılmış çıxışları dinlənir, yazdığı kitablar onlar dəfə nəşr olunub, onlar dilə tərcümə edilib, yeni yetmələrdən akademiklərədək özü üçün milyonlarla oxucu kütləsi qazanıb, onun düşüncələri və açıqladığı dünya görüşü üzrə dünyanı xüsusilə müsəlman şərqi təsiri altına alan İslam amalı uğrunda çalışan dövlət təşəkkül tapıb. Gənclər hələdə etiqadi sorğularına yetərli cavab əldə etmək üçün onun kitablarını mütaliyə edirlər. onun müxtəlif mövzulardaki rəylərini araşdırmaq üçün onlarla dissertasiyalar və monoqrafiyalar qələ alınıb.
Deyilənlərin hamısı Mütəhhərinin istər şiənin düşüncə aləmində, istər İranın fikri axınları tarıxındə və istər sosial-siyasi tarixində nəqədər dərin izlər buraxdığını bəyan edib, yadigar qoyduğu elmi irsinin zənginliyindən-ötkəmliliyindən hekayətdir. Aşağıdaki, sətirlərdə Mütəhhərinin bu elmi irsindən iki istiqamətdə icmali olsada söz açacağıq,
1. Mütəhhərinin elmi işlərindəki metodu
2. Mütəhhərinin əsərləri məcmuəsi (predmitlərinə əsasən)
Mütəhhərinin elmi işlərindəki metodu
Mütəhhərinin neçə min səhifədən ibarət olan özü qələmə aldığı kitablar yaxud sonralar kağıza köçürülmüş çıxışlar və mühazirələrını araşdırarkən, İslami terminlə desək onun "elmi sirəsi"ni bir neçə prinsipdə xülasələndirmək mümkündür,
1- Rasionallıq , Mütəhhəri kitablarının hamısında "əql"ə ilahi bir vergi kimi üstünlük verir. Onun düşüncə sisteminə görə hər bir müsəlman insan bütün etiqadi və əxlaqi məsələləri əqlə əsasən birdaha öyrənməlidir. O, "əql İslamda tam hörmətə layiqdir" deyərək, İslami nüqteyi-nəzərdən kamilləşmiş insanın əqli cəhətdən də tam mükəmməl olmalı olduğunu açıqlayır.
Həmçinin onun nəzərincə dini mövzulara qarşı irəli sürülən bütün şübhələr isə həmin prinsipə sadiq olaraq din alimləri tərəfindən cavablandırılmalıdır. Ona görədə Mütəhhəri gənclərin beynində dalğalanan, ürəyində gəzişən şəkk-şübhələrə həqarətlə-nifrətlə deyil, çox böyük hörmət və həssaslıqla yanaşır. Üstəlik o bu şübhələri, - insanı həqiqətləri anlamağa sövq etdirdiyi təqdirdə - hər bir şəxsin ruhunun diriliyi və fitrətinin dirçəlişə can atdığı kimi dəyərləndirir. H. Cavidin söylədiyi kimi,
şübhədir hər həqiqətin anası
şübhədir əhl-i hikmətin babası
2- Mücərrəd məsələlərlə deyil,cəmiyyətdə olan aktual problemlərlə maraqlanmaq,
Mütəhhəri doğma xalqına dərin mənəvi tellərlə bağlı olmuşdur. Bu gerçəyi onun əsərlərinin geniş məzmunu təsdiqləyir. Onun elmi müdrikliyi, xalq ahəngində köklənir, ona görədə oxucuların nəsillərinin dəyişməsilə belə, onlar hələdə onun yazılarını öz mənəvi maraqlarına uyğun kəşf edirlər. O, "ilahi ədl" kitabının müqəddiməsində yazır, "20 ildən artıqdır ki, qələm ələ alıb kitab və məqalə yazmaqla məşğulam, ancaq müxtəlif bu yazıların hamısında, problemlərin həlli və İslami məsələlərə aid gündəmdə olan suallara cavab vermək ardınca olmaq prinsipi vahiddir. Mənim yazılarım fəlsəfə, ictima, əxlaq, fiqh və tarix mövzularda olsalarda ancaq hamısı yalnız və yalnız bu bir hədəf uğrundadır." Özünün də dediyi kimi yaradıcılığının anseklopedik xarakteri ilə seçilən Mütəhhərinin elmi irsində İslamşünaslığın çeşidli problemləri başlıca yer tutmaqdadır. Müsəlman xalqın müxtəlif kütlələrinin istəkləri, alimin elmi axtarışlarının başlıca istiqamətlərindən birinə çevrilmişdir.
3- Xürafatla mübarizə,
Mütəhhərinin ömür yolunun hamısı bu yolda sərf edilmişdir desək səhv etməmişik. Onun müəyyən insanlar tərəfindən hörmətsizliklərə və təzyiqlərə məruz qalmasının səbəbini də elə burada aramalıyıq. Mütəhhəri, xürafələrin heç bir şəri, əqli və gerçək dəlilə əsaslanmadığını deyərək, mövhümatın din sahəsinə daxil olması səbəbinidə xəyalın əqlə üstün gəlməsində görürdü. O, çox böyük qayğı ilə Aşura hadisəsi zatən cəhalətlərə qarşı bir üsyan olsada, bu hadisə ilə bağlı yazılan mərsiyə və mədhiyələrdə ki, qeyri real sözlərdən şikayətlənirdi. O, mərsiyələrdə mövcud olan bu xürafələri "araşdırılası" deyib, onların kökünü qəhrəmanpərəstlik və insanın sevdiyi kəslərə üsturəvi sifət verməyə olan marağında görürdü.
4- Geniş sahəli tədqiqat
Mütəhhərinin heyrət amiz çox cəhətli alimliyi həmişə diqqəti çəkir. Onun kitabları kəlam, məntiq, fəlsəfə, üsul, fiqh, hüquq, tarix(çeşidli istiqamətlərində), əxlaq, ürfan, təfsir, hədis və s. İslam elmləri adı altında tanınan ixtisasları ehtiva edir. Bu çox şaxəli ixtisaslar onun rasional təfəkkürü ilə vüsətli idrakını birləşdirib, irəli sürdüyü rəylərinə zəngin intellektinə görə alimlər arasında layiqilə hörmət qazanmışdır. Yazımızın ardında onun əsərləri ilə tanışlıq hissəsində bu mövzuda daha ətraflı danışacağıq.
5- Elmi yığıncaqlar və qurumların təşkilinə təşəbbüs
Mütəhhərinin coşğun elmi fəaliyyətinin təzahürlərindən biridə onun elmi məclislər və ocaqların quruculuğunda ki çalışmalarıdır. O, İran inqilabında əvəzsiz rolu olan "Hüseyniyyey-i irşad" , yarım əsrə yaxın dünya ölçüsündə tanınan "İranın hikmət və fəlsəfə əncüməni" , indidə Tehranda müəyyən dərəcədə dini-siyasi sahələrdə təsirləri olan "Mötəlefey-i İslami heyətləri" və "Tehranın mübariz ruhaniyyəti cəmiyyəti" kimi elmi-ictimai qurumların əsas qurucularından olmuşdur. Bunlara Tehranın Əlcavad, Cavid və Ərk kimi adlım məscidlərində illərlə uzuna çəkib mömin tələbələrin yığıncağına çevrilən növbəti həftəlik çıxışlarınıda artırmalıyıq.
Mütəhhərinin əsərləri məcmuəsi
Şəhid Mütəhhərinin ölümündən sonra onun əsərlərinin zənginliyi və zaman keçdikcə daha artıq əhəmiyyət tapdığına görə, bu əsərlərin sistemli və yaraşıqlı tərzdə nəşr olunmasının zəruriliyi hiss olunurdu. Bir qrup nəşriyyatçıların əvvəllər çıxmış kitablarda bəzi təhriflərə yol verməsidə bu zərurəti daha gücləndirirdi. Bunları nəzərə alaraq şəhidin şagirdləri, dostları və əməkdaşları, onun oğlunun başçılığı altında "Şəhidi Mütəhhərinin əsərlərinin nəşrinə nəzarət şürası" adlı bir qrup təşkil etdilər.
"Şəhidi Mütəhhərinin əsərlərinin nəşrinə nəzarət şürası", şəhidin əsərlərini əsas predmitlərinə görə səkkiz qrupa bölərək, birinci cildini "əqaid" kateqoriyasında toplaşa bilən yazılarla, Mütəhhərinin ölümündən on il sonra nəşr etdirdi. 1989-cu ildən etibarən bu günədək 28cildi işıq üzü görüb və 29 və sonuncu cildi sayılan 30-cu cild bu tezliyə nəşr etdiriləcək. Aşağıda bu 8 kateqoriya altında nəşr olunmuş əsərlərin icmali siyahısı verilib. Onadan əvvəl deyiləsi söz bu ki, Mütəhhərinin söz obyekti olan 30 cildlik əsərlərində ki yazılar onun məhz yazdığı kitablarından əlavə məqalələri, müxtəlif mövzularda qeydləri, ümüm xalq arasında ki, çıxışları və professional cəmlərdəki, mühazirələri də daxildir.
1. Əqaid, 4 cilddən ibarətdir. Ilk 2 cild şəhid hələ həyatda olduğu zaman çapdan buraxılmış kitablarlndan və son iki cild etiqadi predmitli çıxışların kağıza köçürülmüş variantından ibarətdir.
Bu 4 cilddə Mütəhhərinin kəlami düşüncələri ifadə edilmişdir. Onların əsas mövzuları, Allahın vücuduna dəlillər, Allahın sifətləri, özəlliklə "ədl" sifəti, nübüvvət xüsusən xətm-i nübuvvət məsələsi, imamət və vilayət, məad və ona aid dəllilər, materialism və ona yönəlməyin səbəbləri, fitrət, insan və onun taleyi, dünyada xeyr və şər, və bu kimi tarix boyu aktuallığını qorumuş mübahisəli məsələlərdən ibarətdir.
2. Fəlsəfə,
Bu elm Mütəhhərinin başlıca ixtisası olmuşdur. O, kitablarının birində yeni yetməlik dövrundən danışaraq " o zamanlar böyük alimlərin həyatını mütaliə edərkən, filosoflar gözümdə hamıdan ehtişamlı görünürdülər" demişdir. Fəlsəfə 30 cildlik toplunun doqquz cildini özünə məxsus edərək sayir mövzulardan daha artıq önəm kəsb etmişdir. Bu 9 cilddə İslam fəlsəfəsinin çox yüksək səviyyəli və profesional mövzularından söz gedərək, İslami fəlsəfə tarixi, məntiq və epistemologiya elmlərilə əlaqədar bəhslərdə dərc edilmişdir. Bu 9 cilddin iki cildində İbn-i sinanin fəlsəfəsi, iki cildində Mulla Sədranın məktəbi, və ayrı iki cildində şiənin son dövrlərdəki görkəmli filosofu Mulla Hadi Səbzəvarinin Mənzumə kitabının təfsilatlı şərhindən söz gedir. Bir cild isə çağdaş dövrdə İslam fəlsəfəsində ən ciddi əsərlər sırasında birinci yeri tutan "üsul-i fəlsəfə" kitabıdır.
3. Tarix,
Iki cilddən ibarət, "İslamla İranın qarşılıqlı xidmətləri" və " tarix fəlsəfəsi" kitablarını ehtiva edir.
4. Məsumların sirəsi,
İslam peyğəmbəri həzrətləri (s) və o həzrətin məsum sayılan övladlarının həyatı və davranışları hər bir müsəlman üçün çox maraqlı və eyni halda önəmli bir məqamdır. 3 cilddən ibarət olan bu kateqoriya altında peyğəmbər həzrətlərindən başlayaraq başqa məsumların həyatlarından misallar gətirilir , onların cürbəcür vaqiələr qarşısında özlərindən göstərdikləri reaksiyaları analiz etmək və onlardan bu gün ki, həyat üçün dərslər çıxarmağa səy edilir. Bu üç cildin ikinci cildi böyük şöhrət qazanmış "Həmasey-i hüseyni" kitabıdır. Mütəhhəri bu kitabda Kərbəla vaqiəsindən danışaraq onun tarixi və mənəvi təhriflərinin qarşısında çox sərt dayanır , bu hadisəni bir daha öyrənməyə çağrış verir.
5. Fiqh və hüquq,
3 cilddən ibarətdir. Bu üç cilddə Mütəhhəri birinci dəfə olaraq bir şiə alimi kimi böyük ciddiyyətlə qadının İslamda yeri, onun haqları, ailənin hüquqi cənhətləri, nikahın İslam hüququnda şəraiti, hicab məsələsi, və cinsi əxlaqdan söz açmışdır. Habelə İslam və zaman tələbatı, ictihad müəssisəsi, İslamın ehkamı ilə tarix boyu inkişafların uzlaşması, və fiqh tarixi kimi önəmli məsələlərdən də danışılır.
6. Əxlaq və irfan,
Şəhid Mütəhhəri iki cildin həsr olunduğu bu mövzuda, etika fəlsəfəsi, əməli və nəzəri hikmət, tərbiyənin İslamda əsasları, təqva və onun müxtəlif anlamları, əqlin ürfanda yeri və s. məsələlərdə fikirlərini söyləmişdir.
7.İctimai-siyasi,
Şəhid Mütəhhərinin siyasi bəhsləri başqa mövzularla nisbətdə o şəhidin elmi irsinin az miqdarını təşkil edir. Bununda səbəbi Pəhləvi rejimi döründə ki, siyasi şərait və bu kimi sözləri söhbət predmiti qoymağın təhlükəli olmasını demək olar.
Onun əsas siyasi bəhsləri İslam inqilabından sonra ki çıxışları və müxtəlif medialara verdiy müsahibələrdən ibarətdir. Bu danışıqlarda təbiiki inqilabın ilk günlərinin tələbatı ucbatından hökümətin legitimliyi, legitimliyin siyasət fəlsəfəsi və İslam dini açısından prinsipləri, İslamın hökümət qurmaq haqqında nəzəri, "İslam respublikası" söz birləşməsində ki, İslam və respublika sözlərinin qarşılıqlı münasibəti, İran İslam respublikasının teorik təməli sayılan "vilayət-i fəqih" düşüncəsinin anlamı və İslam respublikasının İranda nə ardınca olması kimi bir mövzulardır.
8. Təfsir,
Bura qədər ancaq üç cildi işıq üzü görən bu cildlərə şəhidin neçə il davam etmiş həftəlik təfsir məclərinin kağıza köçürülmüş variantıdır.
Məsud Sədrmuhəmmədi
m.sadrmohammadi@gmail.com
09198324754


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Powered By Blogger

Popular Post

Blogger templates

Eskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir Emlak
Blogger tarafından desteklenmektedir.

Fotolar

Səhifəmizi bəyənin

---

- Copyright © SAHİB NOVRUZ -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -